Türkiyə Ermənistana dərman göndərir


15:18     12 Aprel 2020 20_04_12_1586690327.jpg

Ermənistan yeni növ koronavirusla (COVİD-19) mübarizə çərçivəsində Türkiyədən dərman yardımı istəyib.


Femida.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın məlumat verib.

O bildirib ki, rəsmi İrəvanın yardım istəyinə Türkiyə Prezident Administrasiyası tərəfindən müsbət cavab verilib:
"Biz çox ölkəyə yardım etmişik. Bu, son dərəcə insani bir vəziyyətdir. Burada siyasi hesablar edə bilmərik. Yardımları təmin etmişik. Yardım yaxın günlərdə Ermənistana göndəriləcək".

İ.Qalın, həmçinin qeyd edib ki, tibbi ləvazimat üçün müraciət edən İsrail və Fələstinə də tezliklə yardımlar çatdırılacaq. BakuPost.az

Açar sözlər:

Oxunub: 906