Qaxda aztəminatlı ailələrə və tənha insanlara ərzaq yardımı edildi


20:04     12 Aprel 2020 2020/04/a2d1531b-cd7e-4638-a6dd-3ca2679ab2bf_1586710532.jpg

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınmaqla Qax Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları rayon ərazisində tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə baş çəkiblər.


Femida.azın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları rayon ərazisində 20-dən artıq belə ailəni ziyarət edib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar.

Həmçinin hər bir sakinlə maarifləndirici söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcək bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsinin önəmli olduğu vurğulanıb.

Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 924