Türkiyənin daxili işlər naziri istefa verdi - Ərdoğan qəbul etmədi


09:23     13 Aprel 2020 20_04_13_1586756177.jpg


Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsindən istefa verib.

Nazir bildirib ki, həftəsonu ölkədə komendant saatının epidemiyanın qarşısının tamamilə alınması üçün tətbiq edilməsi bütün məsuliyyəti ilə ona aiddir. Hətta məhdudiyyət saatlarının əvvəlində qeydə alınan görüntülər (iğtişaşlar-red), mükəmməl idarə olunan bu prosesə uyğun gəlməyib.

“Bütün təcrübə və məsuliyyətlərimizi yaşadığımız bu tədbir belə görüntülərə səbəb olmamalı idi. Bu, vicdanla, epidemiya və yoluxmanın dayandırılması üçün həftə sonu atılan bir addım idi. Heç vaxt zərər vermək istəmədiyim əziz millətim, ömrümün sonuna qədər sadiq qalacağım dövlət başçımız məni bağışlasın. Mən şərəflə icra etdiyim Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tərk edirəm”, - deyə nazir bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin daxili işlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

"Bizim nazirimiz istefa haqqında ərizəni Prezidentimizə təqdim etdi. (Ərdoğan) Bildirib ki, bu tələbi münasib hesab etmir. Daxili işlər nazirinin istefası qəbul olunmayıb, o, vəzifəsinin icrasına davam edəcək" – rəsmi xəbərdə bildirilir.

Femida.az

Açar sözlər: #Türkiyə   #nazir   #istefa  

Oxunub: 648