Evlərdən oğurluq edən şəxs tutuldu


13:31     13 Aprel 2020 2020/04/93071-1586768735_1586769911.jpg

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar, fevral və mart aylarında rayon ərazisində 3 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, rayonun Çinarlı kənd sakini, 28 yaşlı Nicat Kərimov rayonun Aşağı Seyfəli kəndindəki evlərə gizli yolla daxil olaraq oradan ümumi olaraq, 14 300 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat dəyərində nağd pul oğurlayıb.

Saxlanılan şəxs ifadəsində törətdiyi oğruluq hadisəsini etiraf edib və bildirib ki, oğurladığı qızıl-zinət əşyaların sataraq pulunu Bakıda xərcləyib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 592