Astarada karantini pozan sərxoş sürücü və oğlu həbs edildi


16:29     13 Aprel 2020 1399714276_cenubnews-hebs-yeni.jpg

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları sərxoş halda avtomobil idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-ın Cənub Mərkəzinə verilən məlumata görə, Astara şəhər sakini Yaşar Mustafayev idarə etdiyi “Vaz-2115” markalı avtomobillə saxlanılıb və spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu məlum olub.

Avtomobildə sərnişin qismində olan oğlu Elçin Mustafazadənin də müvafiq qaydada heç bir icazə almadan şəhərə çıxdığı və karantin qaydalarını pozduğu müəyyən edilib.

Hər ikisi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və inzibati qaydada həbs olunublar

Femida.az

Açar sözlər:

Oxunub: 810