XİN başçısı Gürcüstanın Azərbaycandakı səfirliyinə təşəkkür edib


16:31     13 Aprel 2020 2020/04/17558352-d39d-4cb9-86f1-3b4a1022d4d8_1586781248.jpg

“Müxtəlif ölkələrdəki səfirliklərimiz Gürcüstana medikamentlər, testlər və tibbi avadanlıqların çatdırılması prosesinə fəal olaraq cəlb ediliblər”.


Femida.az-ın xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazir bu xüsusda Gürcüstanın Özbəkistan, Azərbaycan, Qazaxıstan və Belarusdakı səfirliklərinə minnətdarlıq edib.

D.Zalkaliani qeyd edib ki, adıçəkilən ölkələrdəki səfirliklər Gürcüstanda tibbi maskaların istehsalı üçün tələb olunan tənzif materialının ölkəyə çatdırılmasına xüsusi töhvə veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 712