Ana və oğlunun qətli ilə bağlı rəsmi məlumat


16:50     13 Aprel 2020 2020/02/din_yeni12_1580995028.jpg

Daxili İşlər Nazirliyi (DİN) Şabran rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, aprelin 11-də Şabran rayonunun Zeyvə kəndində İstək Mahmudovanın və oğlu Məhəbbət Məmmədovun yaşadıqları evin həyətində qətlə yetirilmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə qətlin münaqişə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş N.İslamov tərəfindən tüfəngdən açılmış atəşlə törədilməsi müəyyən edilib. Hadisə yerindən qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülüb.

Qəsdən adam öldürməkdə şübhəli bilinən N.İslamov polis əməkdaşları tərəfindən saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 710