Bu il boşanmaq istəyən 63 cütlük barışdırılıb


17:17     13 Aprel 2020 bosanma0.jpg

2020-ci ilin birinci rübündə Azərbaycanda boşanmaq istəyən 63 cütlük barışdırılıb.

Ədliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında müraciət edənlərdən yanvar ayında 324, fevralda 278 şəxs psixoloqla söhbətə cəlb olunub.

Nəticədə onlardan yanvar ayında 50-i (25 cütlük), fevralda isə 76-ı (38 cütlük) nikahın pozulmasından imtina edib.

Femida.az

Açar sözlər:

Oxunub: 870