Xarici ölkələrin ali məktəblərinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir


18:24     13 Aprel 2020 20_04_13_1586787957.jpg

Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə 15 manat dövlət rüsumu ləğv edilir.


Femida.az -ın məlumatına görə, bu, Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən növbəti onlayn iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Qanuna təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.

Açar sözlər:

Oxunub: 757