Şabranda ana və oğlunu öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib


18:40     13 Aprel 2020 20_04_13_1586788882.jpg

Şabran rayon Məhkəməsində ana və oğlunu güllələyərək qətlə yetirən şəxslə bağlı prokurorluq orqanının verdiyi təqdimata baxılıb.

Femida.az -ın məlumatına görə, təqdimat əsasında təqsirləndirilən Nahid İslamov barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, aprelin 11-də Şabranın Zeyvə kəndində 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu gecə həmkəndliləri 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.

Açar sözlər:

Oxunub: 797