Almatıda bir gündə 116 tibb işçisi koronavirusa yoluxub


12:01     14 Aprel 2020 2020/03/koronavirus_1585572132.jpg

Qazaxıstanın Almatı şəhərində son 24 sutka ərzində 174 nəfər koronavirusa yoluxub.

Femida.az xəbər verir ki, bu barədə Şəhər İctimai Səhiyyə İdarəsinin rəhbəri Tleuxan Abildayev məlumat verib. Onun sözlərinə görə, virusa yoluxanlardan 116-sı tibb işçisidir.

İndiyədək Qazaxıstanda koronavirusa 1179 yoluxma faktı qeydə alınıb, 14 nəfər dünyasını dəyişib.


Femida.az

Açar sözlər:

Oxunub: 631