ABŞ vətəndaşı məhkəmədə azərbaycanlı vəkili təhqir etdi


14:45     14 Aprel 2020 1429886643_mehkeme-texir.jpg

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşı F.R.Conekl Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı vəkil Elnurə Zeynalovanı təhqir edib.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə aprelin 5-də hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə baş verib.

1989-cu il təvəllüdlü F.R.Conekl barəsində miqrasiya qanunvericiliyini pozması ilə əlaqədar inzibati işə baxılıb.

Prosesdə dövlət hesabına təyin edilmiş müdafiəçi - 11 saylı vəkil bürosunun vəkili Elnurə Zeynalova təqsirləndirilən şəxs tərəfindən təhqir edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 221-ci xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Vəkil Elnurə Zeynalova “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hələlik cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasa da, müvafiq araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #məhkəmə   #ABŞ   #vəkil  

Oxunub: 1327