Bu işçilərin sosial müdafiəsi gücləndirilir - SƏRƏNCAM
15:58 14 Aprel 2020
Prezident İlham Əliyev “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, Sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır.
Sənədə əsasən, sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etmək tapşırılıb.
Femida.az
Oxunub: 739
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
- Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilib
- “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən sosial çarx çəkilib
- Stadnik sosial şəbəkədə Azərbaycan bayrağını silməsinə aydınlıq gətirib
- Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək