Ermənistanda polisə silahlı hücum, yaralananlar var


18:23     14 Aprel 2020 2020/04/38a932d6-e456-4702-99bc-674dcfee5eba_1586874011.jpg

Ermənistanın Gümrü şəhərində naməlum şəxslərin bıçaqla hücumu nəticəsində 2 yol polisi yaralanıb.

Femida.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, polis əməkdaşı hücum edənlərdən birini zərərsizləşdirib və onu polis bölməsinə aparıblar.

Bildirilib ki, polislər şəxsiyyətini müəyyən etmək və yol vərəqəsini yoxlamaq üçün iki nəfəri saxlayıblar. Ancaq həmin adamlar bıçaqla polislərə hücum ediblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 713