"Aprelin 20-dən sonra toy və yas mərasimlərinə icazə veriləcək?" — AÇIQLAMA


18:26     14 Aprel 2020 toylar7.jpg

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda koronavirusa yoluxanların sayı 40, sağalanların sayı 50 nəfər olub. Ümumilikdə son bir neçə gündə ölkə ərazisində koronavirusa yoluxanların sayı azalmağa doğru gedir. Əgər yoluxma sayı aprelin 20-nə kimi azalma tendensiyası ilə davam etsə, ölkə ərazisində toy və yas mərasimlərin keçirilməsinə icazə veriləcəkmi?



Femida.az
xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, aprelin 20-dən sonra toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməyəcək: "Mayın ortalarına kimi bu qadağanın davam edəcəyi gözlənilir. Çünki gedişat bunu göstərir. Bu həm də təkcə Azərbaycanla bağlı olan məsələ deyil. Dünya təcrübəsi onu göstərir ki, karantin rejmi uzanacaq. Verilən informasiyalar onu göstərir ki, belə optimist olmağımız hələ tezdir. Səbirlə gözləməliyik. Bu məsələdə tələsmək lazım deyil".

Açar sözlər:

Oxunub: 700