Bakıda iki bacı dəm qazından boğularaq ölüb


09:23     15 Aprel 2020 qadin_olum_meyit_cesed.jpg

Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə Prospektində yerləşən 34 nömrəli binanın 4 nömrəli mənzilində qeydə alınıb.

Həmin mənzildə kirayə yaşayan 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və onun bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.

Araşdırmalar zamanı məlum olub ki, bacılar Qax rayonundan gələrək Bakıda yerləşən şirkətlərin birində reklam agenti işləyiblər.

Faktla bağlı araşdırma aparılır.(Apa)

Açar sözlər:

Oxunub: 618