Nalbandyan Belqradda həmsədrlərlə görüşəcək


21:44     02 Dekabr 2015 3e35291cbee825f45b9b37886fafbce0.PNG

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Belqradda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək.


APA-nın “Armenpress”-ə istinadən verdiyi məlumata görə, Ermənistan XİN-dən bildirilib ki, görüş 3-4 dekabr tarixlərində ATƏT-in Belqradda keçiriləcək Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində baş tutacaq.

Xatırladaq ki, bir müddət əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA-ya açıqlamasında Belqradda keçiriləcək toplantıda iştirak edəcəklərini, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklərini bildirmişdi.

Açar sözlər:

Oxunub: 657