Almaniyada koronavirusa yoluxanların sayı 127 mini ötüb


12:14     15 Aprel 2020 20_04_15_1586938550.jpg

Almaniyada son sutka ərzində yeni növ koronavirusa daha 2486 yoluxma qeydə alınıb, 285 nəfər vəfat edib.

Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, Almaniyada ümumilikdə koronavirusa yoluxanların sayı 127 584, xəstəlikdən ölənlərin sayı isə 3254 nəfərə yüksəlib.

Qeyd olunub ki, ölkədə 72 600 nəfər koronavirusdan sağalıb.

Açar sözlər:

Oxunub: 592