Goranboyda karantin rejimini pozan kafe aşkarlandı


16:33     15 Aprel 2020 20_04_15_1586954580.jpg

Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb.


DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə bağlı inzibati ərazilərində xidmət aparan zaman rayonun Dəliməmmədli şəhəri ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Elçin Rzayevlə yanaşı, onun müştəriləri Zülfüqar Axundov, Dilqəm Məmmədov və Əli Hüseynov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində qanuna müvafiq tədbir görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 606