Leyla Abdullayeva: "İsveçrə XİN Dağlıq Qarabağda "seçkilər"i etibarsız hesab edir"


19:15     15 Aprel 2020 2018/10/leyla-abdullayeva_1538741727.jpg

İsveçrə Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i etibarsız hesab edir.


Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.

"İsveçrə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstəyini bir daha ifadə edib. Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qeyri-qanuni "seçkilər"ə münasibət bildirən İsveçrənin Xarici İşlər Nazirliyi öz notasında bu "seçkilər"i etibarsız hesab etdiyini bəyan edib", - deyə XİN rəsmisi qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 794