Ağstafada baş verən yol qəzasında sürücü xəsarət alıb


20:20     15 Aprel 2020 qeza%20yeni4.jpg

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Hacızadə Rəşid İxtiyar oğlu idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1052