Bir evdən qızıl-zinət əşyaları və su qızdırıcısı oğulanıb


21:02     15 Aprel 2020 qizil1.jpg

Biləcəri qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən R.Həmidov saxlanılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a bildirilib ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il dekabrın 20-dən cari il aprelin 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki evlərin birindən 5100 manat dəyərində qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həmidov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 787