Orta yaşlı qadını avtomobil vuraraq öldürüb


21:56     15 Aprel 2020 qeza-piyada88.jpg

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.


Femida.az xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.

32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Opel” markalı minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindən dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1089