Masallıda partlayış: 3 nəfər dağıntılar altında qaldı


10:18     16 Aprel 2020 partlayış.jpg


Masallı rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

FHN-dən Femida.az-a verilən məlumata görə, yanğın hadisəsi olmayıb. Partlayış zamanı evin konstruksiyaları dağılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri 2-si azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Femida.az

Açar sözlər: #Masallı  

Oxunub: 618