Karantini pozaraq qumar oynayan şəxslər saxlanıldı
11:19 16 Aprel 2020
Tərtərdə xüsusi karantin rejimini pozaraq qumar oynayan şəxslər cərimələnib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.
Belə ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisindəki avtomobil təmiri sexinin önündə 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Xüsusi karantin rejimin pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbir görülərək protokol tərtib edilib.
Femida.az
Oxunub: 740
Oxşar xəbərlər
- Tərtər sakini qohumunu qətlə yetirib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- "Tərtər işi" üzrə 16 şəxs barəsində çıxarılan hökmlər ləğv edilib
- Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yaydı: Həbs edilənlər var - ADLAR
- Tərtərdə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Tərtərdə qohumunu qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Tərtərdə silah-sursat aşkar edilib