Bakıda avtomobil müğənnini vuraraq öldürdü


12:42     16 Aprel 2020 trend_ambulance_070309.jpg


Bakıda ölümlə nəticələnən yol qəzası olub.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, hadisə Binəqədi rayonunun C.Xəndan küçəsində qeydə alınıb.

Göyçay rayon sakini Sabit Salmanovun idarə etdiyi "Opel" markalı avtomobil yolu keçən Müşərrəf Verdiyevanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, hadisə zamanı dünyasını dəyişən M.Verdiyeva müğənni idi.

Femida.az

Açar sözlər: #piyada   #qəza  

Oxunub: 741