TƏBİB sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib
16:26 16 Aprel 2020
TƏBİB sosial şəbəkələrdə yayılan videoya ilə bağlı açıqlama yayıb.
Femida.az-ın xəbərinə görə, açıqlamada bildirilib ki, son günlərdə Gəncə şəhər sakininin koronavirus testinin nəticəsi neqativ olduğu halda Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronoviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunduğu barədə iddialar yayılıb.
"Sosial şəbəkələrdə yaydığı videomaterialla bağlı bildiririk ki, vətəndaşdan 11 və 13 aprel 2020-ci il tarixlərdə koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub. Videomaterialda iddia edilir ki, vətəndaşa sms sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügüdən şəxs eyni zamanda, Gəncə Şəhər 6 saylı Poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşıdır.
Analiz üçün nümunələr götürülən zaman, bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən, həmin şəxslərdən birinin test nəticəsi sms vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr vətəndaşa təqdim edilib. Ancaq vətəndaş müalicə almaqdan imtina edərək dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib", TƏBİB-dən bildirilib.
Femida.az
Oxunub: 479
Oxşar xəbərlər
- TƏBİB antibiotiklərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
- TƏBİB “TURKOVAC” vaksini ilə bağlı vətəndaşlara çağırış edib
- TƏBİB-ə yeni səlahiyyət verilib
- TƏBİB-in sədr müşavirinin istefa ərizəsi qəbul olunub
- TƏBİB: "Son günlər yoluxma kəskin artır"
- TƏBİB-in psixoloji dətək göstərdiyi şəxslərin sayı açqılandı
- TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib
- TƏBİB COVID xəstələrinə və həkimlərə müraciət edib
- TƏBİB-dən karantinlə bağlı AÇIQLAMA
- TƏBİB vaksinin mümkün əlavə təsirlərini açıqladı