“Azərbaycanda xarici diplomatlar arasında koronavirusa yoluxma qeydə alınmayıb”


18:18     16 Aprel 2020 20_04_16_1587046758.jpg

“Hələ ki Azərbaycanda xarici diplomatlar arasında yeni növ koronavirusa (COVİD-19) yoluxma qeydə alınmayıb”.


Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda olan səfirliklər, beynəlxalq təşkilatlar, ümumiyyətlə diplomatik korpusun sayı 4 100 nəfəri ehtiva edir.

“Bura onların ailə üzvləri, eyni zamanda diplomatik nümayəndəliklərdə çalışan yerli personal da daxildir. Hazırda onlar arasında koronavirusa yoluxma halının baş verməsi barədə məlumat daxil olmayıb”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Açar sözlər:

Oxunub: 742