İtaliyada bir gündə 525 nəfər koronavirusdan ölüb


21:31     16 Aprel 2020 20_04_16_1587054730.jpg

İtaliyada sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı yenidən artıb və 3786 nəfər təşkil edib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin yaydığı məlumatda deyilir.

Son 24 saatda 525 nəfər də virusdan ölüb. Ölkədə eyni səbəbdən ölənlərin ümumi sayı 22 170 nəfərə çatıb, indiyədək 168,9 min italiyalı COVID-19-a yoluxub.

Açar sözlər:

Oxunub: 767