Son 3 ayda Azərbaycan vətəndaşları ən çox bu ölkələrə gedib


14:51     17 Aprel 2020 aeroport_gozleme_yeri_00.jpg


Bu ilin I rübündə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azalaraq 932,5 min nəfər olub.


Femida.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə vətəndaşlarının 34,1%-i İrana, 30%-i Gürcüstana, 20,4%-i Rusiya Federasiyasına, 9,8%-i Türkiyəyə, 5,7%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 68,5%-ni kişilər, 31,5%-ni qadınlar təşkil edib.

Hesabat dövründə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,8%, Türkiyəyə gedənlərin sayı 23,8%, Gürcüstana gedənlərin sayı 16,7%, Rusiya Federasiyasına gedənlərin sayı isə 13,8% azalıb.

Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,9%-i dəmir yolu və avtomobil, 16,2%-i hava, 0,9%-i isə dəniz nəqliyyatından istifadə edib.

Femida.az

Açar sözlər: #statistika  

Oxunub: 502