DİN Xaçmazdakı silahlı insidentlə bağlı məlumat yayıb


21:32     17 Aprel 2020 2020/02/din_yeni12_1580995028.jpg

Xaçmaz rayonunda silahlı insident baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, aprelin 16-da saat 23 radələrində Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb. F.Quliyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1227