Kürdəmirdə ev və obyektlərdən oğurluq edənlər saxlanıldı


12:25     18 Aprel 2020 20_04_18_1587198373.jpg

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları fərdi yaşayış evlərindən və iaşə obyektlərindən oğurluq edən şəxsləri saxlayıblar.


”Report” xəbər verir ki, Kürdəmir rayon sakinləri, əvvəllər məhkum olunmuş Usub Sakit oğlu Əliyev və Elməddin İsrail oğlu Hacıyev, həmçinin Alim İlham oğlu Sultanov müxtəlif vaxtlarda evlərdən obyektlərdən qızıl-zinət əşyaları, məişət əşyaları, eləcə də avtomobil ehtiyat hissələri aparıblar.

Hər üç şəxs ilkin dindirmə zamanı cinayət əməllərini etiraf ediblər.

Onların ümumilikdə 3 500 manat məbləğində maddi ziyan vurduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Açar sözlər:

Oxunub: 623