FHN əməkdaşları 750 ailəyə ərzaq yardımı çatdırıb


13:08     18 Aprel 2020 2020/04/1587199624848_M9n0zQA8_1587201221.jpeg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar müxtəlif tədbirlər, o cümlədən sosial dəstək tədbirləri həyata keçirir.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a bildirilib ki, növbəti belə tədbir Bakı şəhərinin Xəzər rayonunda keçirilib. Belə ki, rayon ərazisində yaşayan xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq sosial izolyasiya şəraitində evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkilib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.

750 ailəyə yardım çatdıran FHN əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 597