Gömrükçülər də qanvermə aksiyasında iştirak ediblər
13:43 18 Aprel 2020
Gömrükçülər qanvermə aksiyasında iştirak ediblər.
Dövlət Gömrük Komitəsindən Femida.az-a bildirilib ki, koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınmasında ciddi nəticələr əldə olunmasına şərait yaradan xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirlərin reallaşdırılması zamanı bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasının keçirilməsi təşəbbüsünü irəli sürüb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan aksiyada Dövlət Gömrük Komitəsinin əməkdaşları da fəal iştirak edir.
Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının, Bakı Baş Gömrük İdarəsinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları könüllü şəkildə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında qan veriblər. Könüllü gömrükçülər də aksiyada iştirak edib.
Ümumilikdə 120 gömrük əməkdaşı və 10 nəfər könüllü gömrükçü qan verib.
Femida.az
Oxunub: 1293
Oxşar xəbərlər
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
- Gömrükçülər minik avtomobilində tapança aşkarladı
- Gömrükçülər ölkəyə "İphone 12" telefonların qanunsuz gətirilməsinin qarşısını alıb
- Gömrükçülər 12 cinayətkar dəstəni ifşa edib
- Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib
- Gömrükçülər qanunsuz yolla telefon və dərman keçirənləri saxladı
- Gömrükçülər külli miqdarda bəyan edilməyən mallar aşkarlayıb