Sahibkarlar üçün distant formada korporativ hüquq təliminə başlanılıb
14:16 18 Aprel 2020
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi fəaliyyətini distant formada davam etdirir.
Bu barədə Femida.az-a KOBİA-dan bildirilib.
Məlumata görə, aprelin 17-dən etibarən Xaçmaz KOB İnkişaf Mərkəzində distant formada “Korporativ hüquq” təlimlərinə başlanılıb. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektlərinin iştirak etdiyi təlim 4 gün davam edəcək.
Təlim çərçivəsində KOB-lara əmək hüququ, kommersiya qurumlarının yaradılması, şirkətin ləğvi və yenidən təşkili, idarəetmə və s. barədə ətraflı məlumat veriləcəkdir.
“Korporativ hüquq” təliminə qoşulmaq istəyən sahibkarlıq subyektləri Xaçmaz KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər (Telefon/Whatsapp: 055 222 15 04 (Rauf Əliyev), e-mail: [email protected]).
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı
- Sahibkarlara 12,3 milyon manatdan çox pul verildi
- Sahibkarlara 250 manat ödəniləcək - Rəsmi açıqlama
- Sahibkarlara maliyyə dəstəyini belə alacaq - VİDEO
- Sahibkarlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılacaq
- Sahibkarlara güzəştli kredit verilib
- Sahibkarlara 50 milyon manat güzəştli kredit verilib
- Sahibkarlara seminar keçirilib
- Sahibkarlar təlim kurslarına cəlb olunub
- Sahibkarlara xəbərdarlıq