Poçt şöbələri bazar günü də işləyəcək


14:21     18 Aprel 2020 2020/04/azeroct_180420_1587205233.jpg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin bütün poçt şöbələri (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) həftənin bazar günü də fəaliyyət göstərəcək.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.

Paytaxtda və regionlarda yerləşən poçt şöbələri bazar günü 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də bazar günü həmin saatlarda vətəndaşların xidmətindədir.

Femida.az

Açar sözlər:

Oxunub: 631