Üstünə bıçaq çəkib telefonunu aldı


15:50     18 Aprel 2020 bicaq.jpg

Bakıda soyğunçuluqla məşğul olan şəxs polis tərəfindən yaxalanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, soyğunçuluq etdiyinə görə tutulmuş R.Fərəczadənin ətrafında Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini N.Yusiflini bıçaqla hədələyərək quldurluq yolu ilə mobil telefonunu alması da müəyyənləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 543