Tibbi maskalardan təkrar istifadə düzgün deyil
17:13 18 Aprel 2020
Zəmanəmizin bəlasına çevrilən koronavirus (COVID-19) infeksiyasından güclü immunitet və gigiyenik qaydalara düzgün əməl etməklə qorunmaq mümkündür. Virusla mübarizədə istifadə olunan maska və əlcəklər ən vacib qoruyucu vasitələrdən biridir. Lakin onların qoruyucu gücü fərqli olduğundan seçim edərkən yanılmamaq lazımdır.
Femida.az xəbər verir ki, Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova deyib: “Qoruyucu vasitələr, xüsusən maskalar bir neçə cür olur. N95 maskalarından əsasən cərrahlar, virusoloq, epidemioloq və infeksionistlər istifadə edirlər. Həmin maskalar üzə daha kip oturur və ətrafdan havanın daxil olmasına imkan vermir. Əhalinin isə sadə maskalardan istifadə etməsi məsləhətdir. İnfeksiya əsasən gözün selikli qişası, ağız və burun, eləcə də zədələnmiş bədən nahiyələrindən yayılır. Dəridə zədə olduqda əlcəklərdən istifadə etmək zəruridir”.
Pediatr-infeksionistin dediyinə görə, viruslar maska və əlcəklərdə toplandığı üçün onların təkrar istifadə edilməsi tövsiyə olunmur. Bəzən sterilizasiya ediləndən sonra maskalar qurudub təkrar istifadə olunsa da, mütəxəssislər bunu düzgün saymırlar. Əlcəklərin də təkrar istifadəsi yolverilməzdir. Onları soyunarkən arxaya, yəni tərs üzünə çevirərək çıxarmaq və atmaq lazımdır.
Mütəxəssislər bildirirlər ki, tibbi maskaların istifadə müddəti 2-3 saatdır. Daha uzun müddət eyni maskadan istifadə etmək tənəffüs sistemində problem yarada bilər. Təmiz havada isə maskadan istifadə etmək məsləhət görülmür.
Femida.az
Oxunub: 966
Oxşar xəbərlər
- Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq olacaq
- Tibbi maska istehsalı 83% artıb
- Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsi bu qaydada veriləcək
- Tibbi sığorta haqqının adambaşına düşən məbləği müəyyənləşdi
- Tibbi maska taxmayanların Milli Məclisin binasında hərəkəti qadağan edilib
- Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
- Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır - VİDEO
- Tibbi maskalar gömrük rüsumundan azad edildi
- Tibbi maskaların qiymətinin artması ilə bağlı RƏSMİ AÇIQLAMA
- Tibbi yardımdan narazı qalan şəxs - Həkimi və tibb bacısını döydü