8 saat ermənilərə qarşı döyüşən komandir - Elşad Ağayevin doğum günüdür


17:34     18 Aprel 2020 20_04_18_1587217272.jpg


Bu gün şəhid, “Azərbaycan Bayrağı” ordenli Elşad Ağayevin doğum günüdür.


Femida.az xəbər verir ki, Elşad Ağayev 1967-ci il aprel 18-də Masallı rayonunda ziyalı ailəsində anadan olub. Elşad Ağayev uşaq vaxtlarında idmana böyük həvəsi göstərib.

Elşad Ağayev 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına qoşulub. Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub.

Elşad Ağayev hərbi xidmətdən qayıtdıqdan sonra ikinci dəfə könüllü olaraq cəbhəyə yollanıb, Binəqədi batalyonunun tərkibində ikinci bölük komandiri kimi Beyləqan bölgəsinin müdafiəsinə qalxıb. Həmin ərazidə qəhrəmanlığına görə fərqlənib. Elşad Ağayev mənfur düşmənin bir çox döyüş nöqtəsini susdurub, onlarca ermənini məhv edib.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə Dövlət bayrağı ordeni ilə təltif olunub. Bir neçə ildən sonra ümummilli lider Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma şəxsən təqdim edib.

Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 5048