190 manat ödəniş alanların sayı 200 minə çatdı


18:14     18 Aprel 2020 1420399378_pul-manat-cenubnews.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 35 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürüb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək.

Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq 200 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. İşsiz kimi qeydiyyata alınan şəxslər üçün birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra onlara qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilir. İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər. Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.

Femida.az

Açar sözlər: #sosial  

Oxunub: 877