Dərslər mayın 2-dək təxirə salındı - RƏSMİ
20:22 18 Aprel 2020
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Femida.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı aprelin 18-də “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” Qərar imzalayıb.
Qərarda bildirilir ki, Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.
Femida.az
Oxunub: 1004
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilib
- Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb