Xaçmaz sakini qaynını güllələyib


15:36     19 Aprel 2020 gullelenme%2012%20yan.jpg

Xaçmazda qətl hadisəsi törədilib.

Hadisə rayonun Ağtala kəndində baş verib.

İlkin məlumata görə, evinə içkili vəziyyətdə gələn kənd sakini Fazil Quliyev həyat yoldaşı ilə mübahisə edib.

Səs-küyə gələn qayını 1994-cü il təvəllüdlü Murad Rəsul oğlu Allahverdiyev onları sakitləşdirmək istəyib.

Bundan daha da əsəbiləşən Fazil Quliyev ov tüfəngindən atəş açaraq Murad Rəsul oğlu Allahverdiyevə xəsarət yetirib.

Murad Allahverdiyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona sol baldırın yuxarı 3/1-nin deşilmiş, cırılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(Report)

Femida.az

Açar sözlər:

Oxunub: 890