Samuxda evdə yanğın oldu, xəsarət alan var


16:43     19 Aprel 2020 partlayis%20yangin9.jpg

Samux rayonunda fərdi yaşayış evi yanıb.


Hadisə rayonun Qarabağlılar kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 150 kvadratmetr sahədə və 2 otağının yanar konstruksiyaları 115 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğında Mühafizə Hissəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb. Ətrafdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı, 1990-cı il təvəllüdlü Kərafət Kərimova xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 900