Britaniyada koronavirusdan ölənlərin sayı 16 mini ötüb


18:48     19 Aprel 2020 20_04_19_1587307213.jpg

Böyük Britaniyada son sutkada 596 nəfər COVID-19-un qurbanı olub.

Femida.az xəbər verir ki, bunu krallığın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Birləşmiş Krallıqda ölənlərin sayı 16 060-a çatıb. Yoluxma faktlarının sayı daha 5 850 nəfər artaraq 120 067-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Açar sözlər:

Oxunub: 952