Şəhəri bir-birinə qatıb 5 maşını əzən sürücü tutulub -VİDEO


21:30     19 Aprel 2020 20_04_19_1587317540.jpg

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü saxlanıb. Yol polisi sürücünü uzun təqibdən sonra süni sıxlıq yaradaraq tutub. Onun bu əməli şəhərdəki kameralara da düşüb. Məhkəmə sürücü barəsində inzibati qaydada 30 sutka həbs cəzası verib.

Şəhəri bir-birinə qatıb 5 maşını əzən sürücü tutulub.

Bir neçə gün əvvəl Bakıda dəfələrlə qayda pozduğuna görə, ''90-PC-475'' dövlət nömrə nişanlı avtomobilin sürücüsü 25 yaşlı Şəhram Yusifliyə yol polisi Dilarə Qədirbəyova küçəsində 'saxla!'' əmri verib. Sürücü buna məhəl qoymayaraq yol polisindən qaçıb.

Həmin sürücünün saxlanılması üçün yerlərdə xidmət aparan digər əməkdaşlara məlumat verilib. Sürcü yüksək sürətlə hərəkətini davam etdirib və yol boyu nişanlara və işıqforlara əhəmiyyət vermədən Koroğlu Rəhimov küçəsi ilə Fətəli Xan Xoyski küçəsindən hərəkət edib. Həsən Əliyev-Koroğlu Rəhimov küçəsinin kəsişməsində süni sıxlıq yaradılaraq, sürücünün saxlanılması üçün şərait yaradılıb. Lakin sürücü əks istiqamətli yol zolağına çıxmaq üçün ara məsafəsi olmasından istifadə edərək, geriyə dönüb və ərazidən qaçmağa nail olub. Onun bu əməlləri ''Təhlükəsiz Şəhər'' kameraları vasitəsi ilə izlənib.

Sürücü yol boyu maşınını beş avtonəqliyyat vasitəsinə vuraraq, maddi ziyan da yetirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, şəhəri bir-birinə qatan sürücü Şəhram Yusifli çətin də olsa saxlanıb. Məhkəmənin qərarı əsasında o, bir il sürücülük hüququndan məhrum edilib və 30 sutka həbs cəzası verilib.

Vaqif Əsədov qeyd edib ki, ötən ay ərzində Şəhram Yusiflinin valideynləri tərəfindən itkin düşməsi barədə ''102'' zəng xidmət mərkəzinə məlumat veriblər. Bölmə rəisi onu da əlavə edib ki, Şəhram Yusifli özünü şəhid ailəsi üzvü kimi təqdim edib və bu addan istifadə edib. Araşdırmalarla məlum olub ki, onun hər iki valideyni sağdır. Atası Mənzil-İstismar İdarələrindən birində çalışır.


Açar sözlər:

Oxunub: 1042