Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi


10:07     20 Aprel 2020 20_04_20_1587362923.jpg

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Femida.az Azvision.az-a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Elşən Qayıbov vəzifəsindən azad edilib.

Digər əmrlə Elşən Qayıbov Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisi təyin olunub.

Açar sözlər:

Oxunub: 685