Lənkəranda narkotacirdən yarım kiloqram tiryək götürülüb


12:21     20 Aprel 2020 20_04_20_1587370912.jpg

Lənkəranda naktotacir saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən kənd sakini E.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 501 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 630