Yasa getmək adı ilə 8103-ə yalan mesaj yazan daha 169 nəfər cərimələndi
16:59 20 Aprel 2020
Yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 169 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi oləqanunsuz yerə 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
18-20 aprel tarixləri arasında paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 169 nəfərin şəxsiyyəti müəyyən edilib.
Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib.
Nazirlik bir daha diqqətə çatdırıb ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Vətəndaşlardan tələb olunur ki, 8103 xidmətindən süi-istifadə hallarına yol verməsinlər. Əks halda bu davranış karantin rejimi tələblərinin pozulması kimi qeydə alınaraq həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.
Femida.az
Oxunub: 834
Oxşar xəbərlər
- Yasamalda avtomobil 43 yaşlı kişini vurub
- Yasamalda gənc qızı avtomobil vurub
- Yasamal polisi əməliyyat keçirib, 45 nəfər saxlanılıb, 30 kq narkotik götürülüb
- Yasamalda 22 yaşlı gənc intihara cəhd edib
- Yasamalda 47 yaşlı kişini avtomobil vurub
- Yasamalda kişi meyiti aşkarlanıb
- Yasamalda 58 yaşlı qadını avtomobil vurub
- Yasamalda avtomobil 54 yaşlı kişini vurub
- Yasamalda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Yasamalda daha 8 nəfər saxlanılıb, 25 kq-dan artıq narkotik götürülüb