Gürcüstanda koronavirusa yoluxanların sayı 400-ü keçib


20:13     20 Aprel 2020 2020/04/coronavirus-scaled_1585820021.jpg

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 402 nəfərə çatıb.

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4782 nəfər saxlanılır, stasionar müalicədə isə 503 nəfər var. Virusa yoluxmuş şəxslərdən 95-i sağalıb, 4 nəfər isə vəfat edib.

Femida.az

Açar sözlər:

Oxunub: 957