Moskvada daha 29 nəfər koronavirusdan öldü


09:30     21 Aprel 2020 20_04_21_1587425946.jpg

Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada 30-a yaxın şəxs koronavirusdan vəfat edib.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın koronavirus infeksiyası ilə bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahından bildirilib.

Qeyd edilir ki, ölənlər 31-94 yaşlı xəstələrdir.

"Moskvada pnevmaniyanın təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 29 pasiyent öldü. Ölənlər 31-94 yaşlı pasiyentlər idi. Onların əksəriyyətində digər xəstəliklər mövcud olub", - qərargahdan bildirilib.

Qərargahın məlumatına görə, Rusiyada koronavirusa ümumilikdə 47 121 yoluxma qeydə alınıb, 3 446 nəfər sağalıb, 405 nəfər pandemiyanın qurbanı olub.

Açar sözlər:

Oxunub: 564